RUSİYA

Medvedev Rusiyanın düşmənlərinə Banderanın taleyi və cəzanın qaçılmaz olduğunu xatırladıb

Medvedev Sovet İttifaqının ukraynalı millətçilər Stepan Bandera və Yevgeni Konovaltsa, habelə siyasi xadim Lev Trotskiyə qarşı qisas hərəkətlərini xatırladıb. Onun sözlərinə görə, oxşar aqibət hazırda "müasir terrorçuların və satqınların" başına da gəlir.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Rusiya Federasiyasının ərazisinə və mülki əhaliyə zərbələr endirməyə çağıran düşmənləri cəzanın qaçılmaz olduğunu xatırlamalıdırlar.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, Sovet İttifaqının ukraynalı millətçilər Stepan Bandera və Yevgeni Konovaltsa, habelə siyasi xadim Lev Trotskiyə qarşı qisas hərəkətlərini xatırladıb. Medvedevin sözlərinə görə, oxşar aqibət hazırda "müasir terrorçuların və satqınların" başına da gəlir.
"Burada əsas olan qaçılmazlıqdır. Hesabın dəqiq nə vaxt gəlməsi o qədər də vacib deyil. Vacib olan onun qaçılmazlığıdır", – siyasətçi özünün "Telegram" kanalında yazıb.
O, bu cür əməliyyatların hazırlanmasının vacibliyini vurğulayıb və ölkə düşmənlərinin şəxsi məlumatlarının göstəriləcəyi açıq ictimai məlumat bazasının yaradılması barədə düşünməyi təklif edib.
Bundan əvvəl Medvedev Ukraynanın Rusiya Federasiyasına hücumlarını dəf etmək üçün hazırlıq görməyə səsləyib.