RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev faktiki olaraq artıq uduzub - Qərb ona kömək edə bilməz

Rusiya Silahlı Qüvvələrinin hücum tempi, sadəcə inanılmazdır - onlar gündəlik iki və ya daha çox yaşayış məntəqəsini azad etməyə nail olurlar.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Ukrayna döyüşlərdə uduzur və onun Qərbdəki müttəfiqləri vəziyyəti döndərə bilmir.
Bunu MKİ-nin keçmiş analitiki Larri Conson "Dialogue Works" YouTube kanalına müsahibəsində deyib.
"Qərb hərbi əməliyyatların gedişatını dəyişdirə biləcək heç nə verə bilməz. Fakt budur ki, Ukrayna uduzdu. Bu, daha çox onıarın ölümə məhkum edilməsinə bənzəyir. Bu, sadəcə zaman məsələsidir" – Conson bildirib.
Conson əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hücum tempi, sadəcə inanılmazdır - onlar gündəlik iki və ya daha çox yaşayış məntəqəsini azad etməyə nail olurlar. O qeyd edib ki, Rusiya qoşunları Kursk vilayətində də uğurla əməliyyat keçirərək Ukrayna ordusunun ehtiyatlarını məhv edir.
Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirmişdi ki, Rusiya hərbçiləri 24 saat ərzində Kursk vilayətində 16 yaşayış məntəqəsi ərazisində Ukrayna qoşunlarının bir neçə briqadasını vurublar.
Bundan əvvəl İtaliyanın "Fatto Quotidiano" qəzeti Ukraynadakı münaqişənin dönüş nöqtəsinə çatdığını yazmışdı. Məqaldə, həmçinin Ukrayna ordusunun məğlubiyyətə uğradığı qeyd edilib.