AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq

Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.