BAKI, 18 sentyabr — Sputnik. Rusiya qadınları Rusiyanın ruhunu, gözəllik, cazibədarlıq və mərhəmət kimi bütün ən yaxşı keyfiyyətlərini ortaya qoyur. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə, forum geniş qadın auditoriyasına Rusiyanın açıq və qonaqpərvər ölkə olduğunu, burada dialoqun, etimadın və dostluğun yüksək qiymətləndirildiyini söyləmək imkanı verir.
"Biz dünya dövlətlərinin və insanlarının müxtəlifliyinə və şəxsiyyətinə hörmət edirik", Putin əlavə edib.
Sentyabrın 18-20-də Sankt-Peterburqda Rusiya Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə IV Avrasiya Qadınlar Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.