BAKI, 18 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Avrasiya Qadınlar Forumunda çıxışı zamanı deyib ki, o, dünyada mövcud olan problemlərin birgə həll edilməsinin vacibliyinə əmindir.
Bu barədə Rusiya mediası xəbər verib.
"Bəşəriyyət çox çətin problemlərlə üzləşib və onları yalnız bir-birinin maraqlarını nəzərə alaraq birlikdə həll etmək olar", Rusiya lideri qeyd edib.
Putin həmçinin dünya dövlətlərinin və insanlarının müxtəlifliyinə və şəxsiyyətinə hörmət etdiyini də əlavə edib.
Xatırladaq ki, sentyabrın 18-20-də Sankt-Peterburqda Rusiya Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə IV Avrasiya Qadınlar Forumu keçirilir. Rusiya prezidenti bu Forumda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.