RUSİYA

Patruşev Rusiyanın Arktika planlarını açıqladı

Şura Arktikada beynəlxalq, o cümlədən hərbi-siyasi vəziyyəti və inkişaf perspektivlərini təhlil edəcək.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Arktikada Rusiyanın Milli Maraqlarını Müdafiə Şurası Şimal Dəniz Marşrutunu inkişaf etdirəcək və təhlükəsiz naviqasiyanı təmin edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev bildirib.
Patruşev Rusiya Federasiyası Dəniz Kollegiyasının şuralarının tərkibini və əsasnamələrini təsdiq edib.
"Rusiya Federasiyasının Arktikada Milli Maraqlarının Müdafiəsi Şurası Arktikada Rusiyanın milli maraqlarının qorunmasına və Arktika istiqamətində milli dəniz siyasətinin həyata keçirilməsinə yönəlmiş tədbirlər üzərində işləyəcək" - məlumatda bildirilir.
Bildirilir ki, şura Arktikada beynəlxalq, o cümlədən hərbi-siyasi, sosial-iqtisadi vəziyyəti və inkişaf perspektivlərini təhlil edəcək.
"Şura həmçinin Şimal Dəniz Marşrutunun sularında və Rusiyanın Arktika zonasının digər nəqliyyat dəhlizlərində təhlükəsiz, ilboyu və iqtisadi cəhətdən sərfəli naviqasiyanı təmin etmək üçün buzqırma, nəqliyyat, xilasetmə və yardımçı donanmaların inkişafına diqqət yetirəcək" - Patruşevin ofisindən bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.