DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT Ermənistanın suverenliyinə təhdidlər yaradır - Paşinyan

Paşinyan qeyd edib ki, KTMT Ermənistanın suverenliyini təhdid edib, ona görə də İrəvanın iştirakı dondurulub.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın suverenliyini təhdid etdiyi üçün İrəvan bu strukturda iştirakını dondurub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır", Baş nazir vurğulayıb.
Fevralda Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Onun sözlərinə görə, buna səbəb 2021-2022-ci illərdə Ermənistan ilə bağlı Kollektiv Təhlükəsizlik Müqavilənin yerinə yetirilməməsi olub. Daha sonra baş nazir ölkənin KTMT-dən çıxa biləcəyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.