BAKI, 18 sentyabr — Sputnik. Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı fikirləri ilə qəti şəkildə razılaşmır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, təşkilat Ermənistanın suverenliyinə hər hansı bir təhlükə törətmir.
“Biz qəti şəkildə cənab Paşinyanla razılaşmırıq. KTMT-dən Ermənistanın suverenliyinə hər hansı bir təhlükə gələ bilməz və gəlmir. Ermənistan rəhbərliyinin dediklərinin əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur” - Peskov bildirib.
Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək.
"Biz Ermənistanla təmasları davam etdirəcəyik,. Ermənistan bizim yaxın tərəfdaşımızdır" - o, Moskva ilə İrəvan arasında təmasların davam edib-etməyəcəyi ilə bağlı sualı cavabında bildirib.