RUSİYA

Avrasiya Forumu qadınların öz hüquqlarını ifadə etməsi üçün fürsətdir - Zaxarova

Forum öz seçimini etmiş və seçimini başqa qadına, hətta kişiyə məcbur etməyən tamamilə fərqli qadınları təqdim edir.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Dördüncü Avrasiya Qadınlar Forumu (AQF) qadınlar üçün gender və feminizmlə bağlı "kimera" deyil, öz həqiqi hüquqlarını bəyan etmək üçün real fürsətdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu forum bir qadının bütün amillər toplusuna və ilk növbədə öz dünyagörüşünə əsaslanaraq, özünü necə reallaşdıracağı, həyatın hansı mərhələsində, hansı istiqamətə daha çox diqqət yetirməli olduğu seçimindən bəhs edir" - Zaxarova deyib.
O, qeyd edib ki, forum öz seçimini etmiş və seçimini başqa qadına, hətta kişiyə məcbur etməyən tamamilə fərqli qadınları təqdim edir.
"Bu forum müxtəliflik, imkanlar, həqiqi hüquq və vəzifələr haqqındadır" - Zaxarova vurğulayıb.
Sentyabrın 18-dən 20-dək Sankt-Peterburqda Rusiya Federasiyası Federasiya Şurası və MDB Ölkələrinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə IV Avrasiya Qadınlar Forumu (AQF) keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.