RUSİYA

Xəzərin dayazlaşması: Rusiya və Azərbaycan təhlükə ilə mübarizədə birləşirlər

Səfir bildirib ki, tədbir Rusiya tərəfinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının hazırlanmasına töhfəsidir.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Xəzərin dayazlaşması mövzusu Rusiya Federasiyası Azərbaycan üçün aktualdır. Bu məsələ Rusiya prezidentinin Bakıya sonuncu səfəri zamanı müzakirə olunub. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
Sentyabrın 17-də Bakıda "Ümumi regional iqlim strategiyası Avrasiyada davamlı inkişafın açarıdır və Azərbaycanın biznes ictimaiyyəti üçün üstünlüklərdir" mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilib.

"Biz iqlim dəyişikliyinin nəticələrini və bu dəyişikliklərə bəşəriyyətin təsirini görürük. Xəzər dənizinin dayazlaşması mövzusu da Rusiya prezidenti Vladimir Putinin 18-19 avqust tarixlərində Bakıya səfəri zamanı gündəmə gəlib. Xəzər problemləri üzrə ikitərəfli işçi qrupunun yaradılması barədə qərar qəbul edilib, həmçinin dənizin daha da dayazlaşmasının qarşısını almaq üçün birgə səylər üçün beş Xəzəryanı dövlətin tərkibində qrup yaradılması təklif edilib", - Yevdokimov bildirib.

Onun sözlərinə görə, bugünkü tədbir Rusiya tərəfinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının hazırlanmasına töhfəsidir.

"Məqsədimiz Rusiya Federasiyasının səyləri haqqında məlumat vermək, həmçinin Avrasiya İqtisadi Komissiyasından (AİK) olan həmkarlarının köməyi ilə Aİİ çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün atılan addımlar barədə danışmaqdır", - diplomat qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası noyabr ayında Bakıda keçiriləcək.
BMT-nin İqlim Dəyişikliyi Konfransı hər il atmosferə atılan tullantıların azaldılması və orta illik temperatur artımının 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması səylərini icra etmək üçün keçirilir.
Bundan əlavə, konfrans iştirakçıları hər il iqlim neytrallığına nail olmaq üçün yeni məqsədlər qoyur, həmçinin yaşıl texnologiyalara və iqtisadiyyata keçid yollarını müzakirə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.