BAKI, 17 sentyabr — Sputnik. ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron qarşısıalınmaz nəticələrə səbəb olacaq münaqişəyə səbəb ola bilər, bunun qarşısı alınmalıdır. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Artıq gedən, seçki yarışından qaçan Bayden, praktiki olaraq hər yerdə uduzmuş və siyasətçi kimi gələcəyi sıfır olan Şolts, Fransa vətəndaşlarının da dəstəkləmədiyi Makron bu gün münaqişə yarada bilər. Bu, geri dönməz nəticələrə gətirib çıxaracaq. Biz bunun qarşısını almaq üçün hər şeyi etməliyik", - Dövlət Dumasının spikeri bildirib.
Volodin qeyd edib ki, nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi edən Rusiya prezidenti Vladimir Putini dəstəkləmək lazımdır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir.
"Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı artıq münaqişənin özünün mahiyyətini, təbiətini əhəmiyyətli dərəcədə dəyişir. Bu o deməkdir ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə aparır", - prezident qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.