BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 17-də kimlər anadan olub?
Mircəfər Bağırov (1895-1956) - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibidir (1933-1953).
Konstantin Tsiolkovski (1857-1935) - müasir kosmonavtikanın əsasını qoyan rusiyalı alim və yazıçıdır.
Konstantin Tsiolkovski
© Sputnik
Vladimir Menşov (1939-2021) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissor, RF xalq artistidir. O, "Moskva göz yaşlarına inanmır" filminə görə "əcnəbi dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Aktyor Bakıda anadan olub.
Devid Haddlston (1930-2016) - ABŞ aktyorudur. O, "Cinayətkarlığa qarşı döyüşçülər", "Böyük Lebovski" filmlərindəki rolları ilə tanınır.
17 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1665-ci ildə Londonda böyük vəba epidemiyası başlayıb, bu müddət ərzində şəhər əhalisinin 20%-ni təşkil edən təxminən 100.000 insan bu xəstəliyin qurbanı olub.
1871-ci ildə Alp dağlarında 13 kilometrlik Mont-Seni tuneli açılıb.
1910-cu ildə Londondakı həkimlər belə bir fikir irəli sürüblər ki, əgər lunatiklərin sayı əvvəlki sürətlə artarsa, 40 ildən sonra dəli insanların sayı ağlı başında olanlardan çox olacaq.
1922-ci ildə Berlində "Alqambra" kino sarayında dünyanın ilk səsli filminin ictimai nümayişi keçirilib.
2019-cu ildən Ümumdünya Xəstələrin Təhlükəsizliyi Günü qeyd olunur.