BAKI, 17 sentyabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rejimi 2008-ci ildə xarici təzyiq altında Cənubi Osetiya ilə müharibəyə başlayıb. Bunu Gürcüstan baş nazir İrakli Kobaxidze bildirib.
Bundan əvvəl hakim "Gürcü arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili demişdi ki, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra müharibənin qızışdıranlara hökm oxunacaq və Gürcüstan 2008-ci ilə görə osetinlərdən üzr istəməyə özündə güc tapacaq.
"Cənab Bidzina İvanişvili bildirib ki, gürcülər Saakaşvili rejiminin başladığı müharibəyə görə osetinlərdən üzr istəməlidirlər. BBütün komanda bir aydan artıqdır ki, Saakaşvili rejiminin müharibəyə başladığını deyir və bu baxımdan İvanişvili yeni heç nə deməyib. Həmçinin, bir aydan çoxdur ki, radikal müxalifət nümayəndələri bu mövzuda bir kəlmə də demirlər", - baş nazir brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız müharibə və ya barışıq yolu ilə mümkündür.
"Radikal müxalifəti müharibəyə başlamaq mövzusu yox, qarşılıqlı üzr və barışıq mövzusu hiddətləndirib, çünki bu, onların məqsədinə ziddir", - baş nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.