RUSİYA

Rusiya və Qərb ümumi maraqları qoruyur - Kelin

Ukraynadakı münaqişədən danışan Rusiya diplomatik missiyasının rəhbəri bildirib ki, bu vəziyyət müəyyən şərtlər daxilində həll oluna bilər.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Qərb müəyyən sahələrdə ortaq maraqları qoruyur, münasibətlərdəki gərginliyə baxmayaraq, bu, vəziyyətin soyuq müharibə dövründəkindən daha yaxşı olduğunu deməyə əsas verir. Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

"Məncə, işlər soyuq müharibənin ilk mərhələsində (XX əsrdə - red.) olduğu kimi pis deyil, çünki bizim hələ də ümumi maraqlarımız var", - səfir qeyd edib.

Andrey Kelin
Səfir Rusiya ilə Qərb arasındakı hazırkı münaqişəni "bir az süni" adlandırıb, çünki bu, sosializm və kapitalizm ideologiyaları arasındakı əvvəlki qarşıdurmadan fərqlidir.
"O qarşıdurmanın ideyası əks bloku məhv etmək idi. Hazırda müəyyən sahələrdə təsir uğrunda mübarizə gedir və Kelinin fikrincə, bu, əsl müharibəyə çevrilə biləcək mübarizə deyil", -səfir bildirib.
Ukraynadakı münaqişədən danışan Rusiya diplomatik missiyasının rəhbəri bildirib ki, bu vəziyyət müəyyən şərtlər daxilində həll oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.