AZƏRBAYCAN XƏBƏRLƏRİ

Rusiya və Azərbaycan bütün sahələrdə konstruktiv dialoqu davam etdirəcəklər - Kreml

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri arasında görüş keçirilib.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib. Bu barədə Rusiya Federasiyası hökumətinin saytı məlumat yayıb.
Bildirilir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlar zamanı əldə olunmuş razılaşmaların idavamı olaraq komissiyanın həmsədrləri ikitərəfli ticarətin cari məsələlərini, iqtisadi, elmi və texniki əməkdaşlıq, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

"Rusiya Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər məsələlərə də baxılıb, - məlumatda deyilir.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.