RUSİYA

Rusiya Qərbi Avropanın yeni Avrasiya nizamında iştirakına qarşı deyil - Andrey Kelin

İyulda Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirmişdi ki, Rusiya və Britaniya diplomatları ilkin olaraq Avrasiyada yeni ümumi təhlükəsizlik arxitekturasının yaradılması məsələsini müzakirə ediblər.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Rusiya Qərbi Avropa ölkələrini yeni Avrasiya nizamında iştiraka cəlb etməyin əleyhinə deyil. Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.
"Gələcəkdə Ukrayna ilə nizamlanmanın mümkünlüyündən danışarkən, biz həm də iki səviyyəli sistemdən danışırıq. Səviyyələrdən biri Ukrayna ilə tənzimlənmənin özüdür, ikincisi isə təbii ki, yeni Avrasiya nimzamı olacaq. Bu sistemin kimləri əhatə edəcəyi ilə bağlı fikir hələ də bir az qeyri-müəyyəndir. Əgər onlar razılaşsalar, Qərbi Avropanın və bütövlükdə Avropanın bu sistemdə iştirakının əleyhinə deyilik", - səfir deyib.
İyulda Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirmişdi ki, Rusiya və Britaniya diplomatları ilkin olaraq Avrasiyada yeni ümumi təhlükəsizlik arxitekturasının yaradılması məsələsini müzakirə ediblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə çıxış edərək Avrasiyada kollektiv təhlükəsizliyin təminatlarını müzakirə etməyin və regiondankənar hərbi qüvvələrin mövcudluğunu məhdudlaşdırmağın vaxtının yetişdiyini bildirib. Putin əlavə edib ki, Rusiya BMT-də bölünməz təhlükəsizlik sisteminin yaradılması üzrə dialoqun ciddi inkişafında maraqlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.