DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rafael Qrossi Qazaxıstana dəstək oldu

Qrossi həmçinin BAEA ilə uzunmüddətli əməkdaşlığa diqqət çəkib, xüsusilə Astananın BAEA-nın Aşağı Zənginləşdirilmiş Uran Bankının Qazaxıstan ərazisində yerləşdirilməsində rolunu qeyd edib.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) oktyabrın 6-da keçiriləcək atom elektrik stansiyalarının tikintisi ilə bağlı referendum zamanı Qazaxıstanı dəstəkləməyə hazırdır. Bunu BAEA-nın baş direktoru Rafael Qrossi bildirib.

"BAEA bu mühüm dövrdə təhlükəsizlik, müdafiə və beynəlxalq etimad proqramları təmin edərək Qazaxıstanı dəstəkləməyə hazırdır", - Qrossi qeyd edib.

Məlumata görə, Qrossi həmçinin BAEA ilə uzunmüddətli əməkdaşlığa diqqət çəkib, xüsusilə Astananın BAEA-nın Aşağı Zənginləşdirilmiş Uran Bankının Qazaxıstan ərazisində yerləşdirilməsində rolunu qeyd edib.
Bildirilir ki, BAEA Baş Konfransının 68-ci sessiyası Avstriyanın paytaxtında keçirilir.
Qazaxlstanın Energetika Nazirliyi əlavə edib ki, respublikanın energetika naziri Almasadam Satkaliyevölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsinin BMT-nin demokratik iştirak, öz müqəddəratını təyinetmə, şəffaflıq və s. kimi əsas prinsiplərinə uyğun olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.