AZƏRBAYCAN XƏBƏRLƏRİ

İki icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda iki icra başçısı vəzifəsindən azad edilib. Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Digər sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər sərəncanları ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rüstəm Gülabba oğlu Xəlilov isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.