DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan parlamenti LGBT* təbliğatını qadağan edən qanun layihəsini qəbul edib

Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Gürcüstan parlamenti sentyabrın 17-də sonuncu oxunuşda LGBT* təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qanun layihəsinin lehinə 84 deputat səs verib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.
Qanun layihəsinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir. Qanun layihəsi LGBT* təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağa, o cümlədən eyni cinsdən olan cütlük və ya eyni cinsdən olan şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların qadağan edilməsini ehtiva edir.
Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək, televiziyada eyni cinsdən olan intim səhnələr qadağan ediləcək.
Dəyişikliklər paketi həmçinin 18 yaşdan kiçik şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.
* Rusiya Federasiyasında ekstremist hərəkat kimi tanınıb və qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.