TƏHLİL

Fransa XİN rəhbəri İrəvanda yalan danışıb?

Millət vəkili xüsusilə qeyd edib ki, Fransa Ermənistana əvvəl müdafiə silahları göndərirdisə, indi bunu hücum silahları ilə əvəz edib.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne sentyabrın 15-də Ermənistana gedib.
Ermənistanlı həmkarı Ararat Mirzoyan və baş nazir Nikol paşuinyanla görüşən XİN rəhbəri maraqlı açıqlamalar verib. Qeyd edək ki, fransalı nazirin görüşlərinin gündəliyində duran əsas məsələ Azərbaycan-Ermənistan sülh danışıqları və onun ətrafında baş verənlər olub. Stefan Sejurne Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Ermənistanla müdafiə sahəsində əməkdaşlıq regionda eskalasiyaya yönəlməyib.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra Fransa-Ermənistan əməkdaşlığı sürətlənib. NATO-nun aparıcı ölkələrindən olan rəsmi Paris Ermənistanla hərbi-texniki əməkdaşlıq üzrə sazişlər imzalayıb və bu ölkəni öz hərbi-sənaye məhsulları ilə təmin edib. Rəsmi Bakı Fransanın bu addımlarını regionda kövrək sülh danışıqlarının pozulmasına cəhd və müdaxilə kimi dəyərləndirir.

Bəs Fransa XİN rəhbərinin açıqlaması Fransanın regiondakı fəaliyyəti ilə nə qədər mütənasibdir?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Elman Nəsirov deyir ki, Fransa XİN rəhbəri yalan danışır: "Fransa hər zaman müxtəlif müstəvilərdə - siyasi, iqtisadi və hərbi istiqamətdə Ermənistanı dəstəkləməklə bölgədə mövcud kövrək sülh danışıqlarına arxadan zərbə vurur. Faktiki olaraq, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmamasının əsas günahkarı Ermənistandan da çox, Fransadır. Çünki Ermənistan bilsə ki, ona Fransadan bu cür yüksək dəstək yoxdur, bu qədər arxayın davranışlar sərgiləməzdi".
Millət vəkili Elman Nəsirov
Millət vəkili xüsusilə qeyd edib ki, Fransa Ermənistana əvvəl müdafiə silahları göndərirdisə, indi bunu hücum silahları ilə əvəz edib: "Fransa bi sulahları Ermənistana sərgidə nümayiş etdirmək üçün verir? Yəqin ki, həmin silahların bir gün tətbiqi nəzərdə tutulur. Sadə dildə desək, Fransa Ermənistanı üçüncü Qarabağ müharibəsinə hazılayır. Onlar bunu dildə ifadə etməsələr də, reallıq bunu diktə edir. Fransanın regiondakı marağaı sülh yox, yeni müharibənin başlamasıdır. Bu hər kəsə , gün kimi bəlli həqiqətdir. Ona görə də, Fransanın XİN rəhbəri nə qədər əsl niyyətlərini gizlətsələr də, Ermənistanı yeni hərbi toqquşmalara hazırlamalarını gizlədə bilmirlər. Əgər rəsmi İrəvan Fransanın bu oyununa getsə, bu Ermənistanın sonunun başlanğıcı olacaq".
"Ermənistan siyasi rəhbərliyi öz havadarlarının xeyir-duası ilə hər hansı təxribata əl atsa, bu odla oynamaq olacaq. Ermənistan tərəfi faktiki olaraq sülh müqaviləsi imzalamaq istəmir. Ona görə də manipulyativ fikirlər səsləndirib, beynəlxalq ictimaiyəytdə özlərini sülh tərəfdarı kimi təqdim etməyə çalışırlar. Ermənistan rəsmilərinin yekuns azişi imzalamaqla hazır olduqlarını desələr də, fundamental məsələ həllini tapmayıb. Biz onlarla necə sülh imzalayaq ki, Ermənistan Konstitusiyasının preambluasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Ermənistan refendumla Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etməlidir. Bundan sonra yeni situasiya yaranacaq. Azərbaycan Ermənistanla münasibətlərinə yeni ağ səhifədən başlaya bilər. Bu olmayacaqsa, Ermənistan rəsmilərinin sülhlə bağlı açıqlamaları manipulyasiya və siyasi hoqqabazlıq kimi qəbul edilməlidir", - millət vəkili fikirlərini yekunlaşdırıb.

Politoloq İlyas Hüseynov isə qeyd edir ki, fransalı nazirin bi səfərinin özü çox böyük maraq doğurur. Politoloq bildirir ki, Fransa əslində Ermənistan vasitəsilə regiondakı maraqlarını reallaşdırmaq istəyir.

"Fransa Ermənistandan sadəcə istifadə edir. Burada Ermənistanın təhlükəsizliyi adı altında silahlandırma həyata keçirilir. Fransa-Ermənistan hərbi əməkdaşlığını pərdələmək üçün verilən açıqlamalar bu əməkdaşlığın xoşniyyətli olmadığını ortaya qoyur. Fransa Ermənistanı silahladırmaqla regionda sülhə töhfə vermir. Biz bunun nəticələrini Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasında görə bilərik".
İlyas Hüseynov
İlyas Hüseynov hesab edir ki, Fransa bu gün pozucu və destruktiv siyasətini genişləndirir: "Halbuki Azərbaycan-Ermənistan arasında sülh prosesində mövcud irəliləyişlər danışıqlarla əldə olunub. Fransa XİN rəhbərinin səfərindən əvvəl Avropa Sülh Fondu tərəfindən Ermənistana verilən maliyyə yardımları bu ölkənin regionda daha çox silahlanma yarışını təşviq edəcək, bu isə bölgədə yeni müharibə ehtimallarını bir qədər də gücləndirəcək. Bu baxımdan Fransa rəsmilərin gerçəklərdən uzaq fikirləri bölgəki həqiqəti dəyişmək iqtidarında deyil. Azərbaycan bölgədə gedən oyunların yaxşı fərqindədir. Fransa rəsmiləri nə qədər də özlərini sülhniyyətli təqdim etsələr də, onların anti-Azərbaycan kampaniyasında fəallığı bizim üçün hər şeyi aydın şəkildə ortaya qoyur. Azərbaycanın sülh sazişi üçün Ermənistandan tələbi konkretdir. Fransa rəsmilərinin nə deməsindən asılı olmayaraq ilk növbədə bu tələblər yerinə yetirilməlidir".