"Artıq vətəndaş rəqəmsal formada şəxsiyyət vəsiqəsini "mygov" üzərindən təqdim edə bilər. Daha sonra təqdim etmək ilə bağlı tarixçə ilə tanış olur. Bu da ona fərdi məlumatlara daha yaxşı şəkildə nəzarət etməyə imkan verir. Gələcəkdə fərdi məlumatların mühafizəsinin təmin edilməməsi ilə bağlı risklərin ötürülməsi də bu platforma vasitəsilə mümkün olacaq. Bu gün artıq biz özəl sektorda və dövlət qurumları ilə rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi istiqamətində ciddi işlər görürük. İlin sonuna qədər ən azı bizim tərəfdaşlıq etdiyimiz tərəflər çərçivəsində 3 mindən çox nöqtədə tam şəkildə bizim birgə iştirakımızla bunun tətbiqinə nail olacağıq. Digər subyektlərdə də bunların tətbiqi mümkün olacaq. Vətəndaşlarda bu prosesdə aktiv iştirak etməlidirlər", - deyə Ş.Əliyev qeyd edib.