BAKI, 17 sentyabr - Sputnik. Bakıdakı Rus Evi ardıcıl dördüncü dəfədir ki, “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” kampaniyası çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən olan 250-dən çox gələcək birinci sinif şagirdinə məktəb ləvazimatları olan bel çantaları hədiyyə edib.
Bakıdakı Rus evi dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirib
© Photo : AZERTAG
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən verilən xəbər verir ki, bu il işıq üzü görməsinin 55 illiyini qeyd edən “Çeburaşka” cizgi filminin baş qəhrəmanı olan yumşaq oyuncaq hədiyyəsi bu il xoş sürpriz olub.
Bakıdakı Rus evi dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirib
© Photo : AZERTAG
Kampaniya çərçivəsində tədbirlər Bakı, Gəncə, Xaçmaz, Sumqayıt, Lənkəran, Saatlı, Sabirabad, Qusar və İsmayıllı rayonunun İvanovka kəndində keçirilib.
Bakıdakı Rus evi dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirib
© Photo : AZERTAG
Aksiyaya Bakıdakı Rus evində sentyabrın 2-də təntənəli start verilib. Bundan sonra Rus evi komandası ölkənin gələcək birinci sinif şagirdlərinin onları gözlədiyi bölgələrə yollandı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.