PAYTAXT XƏBƏRLƏRİ

8 Noyabr prospektinin bu hissəsi bağlandı

Buna səbəb yolun mərkəz istiqamətində olan hissəsində aidiyyəti dövlət qurumu tərəfindən təmir işlərinin aparılmasıdır.
Sputnik
BAKI, 17 sentyabr — Sputnik. Xətai rayonu, 8 Noyabr prospekti Ramiz Quliyev küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sputnik Azərbaycan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, buna səbəb yolun mərkəz istiqamətində olan hissəsində aidiyyəti dövlət qurumu tərəfindən təmir işlərinin aparılmasıdır.

"Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib", - deyə, qurumun məlumatında bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.