DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski və Conson minlərlə ukraynalının ölümündə günahkardırlar

İrlandiyalı jurnalist Çey Bouz qeyd edib ki, tarix Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu gec-tez mühakimə edəcək.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Yüz minlərlə ukraynalı Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona görə həlak olub.
İrlandiyalı jurnalist Çey Bouz bunu X* sosial şəbəkəsində bildirib.
Bouz siyasətçilərin bu yaxınlarda keçirilən görüşünü "qatillər klubunun iclası" adlandırıb.
"Əsasən Ukraynanın ən yoxsul bölgələrindən olan minlərlə kişi bu iki iyrənc məxluqun ucbatından həlak olub", – Bouz deyib.
Jurnalist qeyd edib ki, tarix onları gec-tez mühakimə edəcək.
Bundan əvvəl Zelenskinin Yalta Avropa Strategiyası üzrə illik konfransı çərçivəsində Conson və ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ilə görüşdüyü bildirilirdi.
Zelenski Consona münaqişənin əvvəlindən Ukraynaya lazım olan beynəlxalq yardımın göstərilməsində göstərdiyi dəstəyə görə, Pompeoya isə Kiyevə hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib.