BAKI, 16 sentyabr — Sputnik. Ankara BRİKS-ə üzv olmaq qərarına gəlsə, Atlantik işgüzar dairələr çox üzüləcək, lakin Türkiyə ABŞ-ın müstəmləkəsi deyil, müstəqil dövlətdir.
Bunu iqtisadi icmalçı Mustafa Rəcəb Erçin "RİA Novosti"yə deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bu yaxınlarda bildirib ki, Türkiyə BRİKS-ə tamhüquqlu üzvlük üçün ərizə təqdim edib, onun müraciətinə baxılacaq. Diplomatın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində iştirak etmək üçün dəvəti qəbul edib.
"ABŞ-ın onsuz da BRİKS-də çoxlu iş ortaqları var. Lakin NATO üzvü olan Türkiyə ABŞ dollarına və Amerika hegemonluğuna qarşı açıq mövqe tutan BRİKS-də iştirak edərsə, Atlantik dairələri çox üzüləcək. Ancaq Türkiyənin işgüzar dairələrinin BRİKS üzvlüyünə qarşı olduğunu düşünmürəm. Əksinə, ölkənin kommersiya ambisiyaları göz qabağındadır", ekspert qeyd edib.
Mustafa Rəcəb Erçinin sözlərinə görə, bu gün Türkiyə Avropa İttifaqına (Aİ) yönəlmiş ticarət siyasətinə görə çətinliklərlə üzləşir.
"Yeni dünya nizamı çoxqütblüdür və hər bir ölkə əməkdaşlıq etməlidir. Qlobal idarəçiliyin düzgün işləməsi üçün amerikalı ziyalılar daha çevik olmalıdırlar. Türkiyə artıq "bir ip üzərində müttəfiqə" çevrilib. Əgər Suriyanın şimalındakı terror dəhlizini dəstəkləyən Ağ Ev, BRİKS kimi iqtisadi strukturda iştirak etmək istəyən Türkiyənin hərəkətlərinə cavab olaraq addım atarsa, bu, əlaqələrin pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, Türkiyə müstəqil dövlətdir. Bu, ABŞ müstəmləkəsi deyil. Türkiyə BRİKS-də yerini alacaq. Bu, gec-tez baş verəcək", ekspert bildirib.
BRİKS 2006-cı ildə yaradılan dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrlik edib. Bu il birliyə yeni üzvlərin qoşulması ilə başlayıb - Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan ilə yanaşı, indi onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.