DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-a Rusiya ilə hərbi münaqişə lazım deyil – Tramp

Tramp deyib ki, seçicilər Harrisə səs verməklə Rusiya ilə hərbi münaqişəyə səs verirlər.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Kamala Harrisi ölkəni Rusiya ilə müharibəyə aparmaqda ittiham edib.
O, bu barədə Las-Veqasda çıxışı zamanı bildirib.
Tramp deyib ki, seçicilər Harrisə səs verməklə Rusiya ilə hərbi münaqişəyə səs verirlər.
“Rusiya ilə müharibə istəyən varmı? Bunun baş verməsinə imkan verməmək məsləhətdir” - Tramp bildirib.
Onun sözlərinə görə, Harris ABŞ əsgərlərini “baş verməməli olan” münaqişədə iştirak etmək üçün göndərməyi planlaşdırır.
Bundan əvvəl Roma Papası Fransisk ABŞ prezidentliyinə namizədlər Tramp və Harrisin “həyat əleyhinə” olduqları barədə fikir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.