DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın xarici dövlət borcu 1 milyard dolları ötüb

Hazırkı Prezident Vladimir Zelenskinin dövründə Ukraynanin dövlət borcu iki dəfə artıb və artmaqda davam edir.
Sputnik
BAKI, 15 sentyabr - Sputnik. Ukraynanın xarici dövlət borcu üzrə ödənişlər avqustun sonunda ilk dəfə olaraq 1 milyard dollardan çox olub.
“RİA Novosti” bu barədə ölkənin Milli Bankının məlumatlarına istinadən yazıb.
“Avqustda Ukrayna xarici borclarının ödənilməsi üçün 1,1 milyard dollar ayırıb ki, bu da ən azı 2015-ci ilin əvvəlindən bəri rekord səviyyədir (əvvəlki məlumatlar ictimaiyyətə açıqlanmır). Bundan əvvəl maksimum ödənişlər bu ilin aprelində (970,6 milyon dollar), 2023-cü ilin sentyabrında (958,5 milyon dollar) və 2022-ci ilin martında (919 milyon dollar) olub” - xəbər agentliyi öz məqaləsində qeyd edib.
Dəqiqləşdirilir ki, Beynəlxalq Valyuta Fonduna olan borcun ödənilməsinə, təxminən 392 milyon dollar, Dünya Bankına 266 milyon dollar, digər xarici kreditorlara isə, təxminən 458 milyon dollar ayrılıb.
Daha əvvəl “RİA Novosti” Ukrayna Maliyyə Nazirliyinə istinadən xəbər verib ki, hazırkı Prezident Vladimir Zelenskinin dövründə ölkənin dövlət borcu iki dəfə artıb və artmaqda davam edir.
05.08.24, 20:30
Ukraynanın dövlət borcu Zelenskinin dövründə iki dəfə artıb
Ukraynanın dövlət borcu artmaqda davam edir. Bu barədə "RİA Novosti" ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Vladimir Zelenskinin prezidentliyi dövründə bu rəqəm xeyli, təxminən 74 milyard dollar artıb. Hazırda borc 152,2 milyard dollar (ÜDM-in 88,4 faizi) təşkil edib. Xarici dövlət borcu 59,5 milyard dollar, daxili borc isə 14,4 milyard dollar artıb.
Ukraynanın bütün tarixində ilk Prezident Leonid Kuçma ən az borc götürüb. O, təxminən 400 milyon dollar borc götürüb.
Bu göstərici üzrə əvvəlki lider borcun məbləğində 33,5 milyard dollar artımla Viktor Yanukoviç olub.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna sonsuz artan dövlət borcuna görə real defoltun bir addımlığındadır. Ölkə prezidenti kreditorların ona hər şeyi bağışlayacağına ümid edir.
18.07.24, 21:03
Ukrayna kreditləri toplayıb, indi onlarla nə edəcəyini bilmir
Hələ 2021-ci ildə Ukrayna təxminən 700 milyon dollar məbləğində çoxlu sayda kredit toplayıb və onun da artıq böyük faiz dərəcələri yığılıb. Pul Ukrayna ərazilərində "böyük tikinti" adlanan yollar üçün götürülüb. İndi borclarını ödəyə bilməyən Kiyev onları Ukraynanın dövlət borcuna əlavə etmək niyyətindədir.
Bu barədə Ali Radanın müvafiq komitəsinin rəhbəri Roksolana Pidlasa məlumat verib.
"11396-1 (borcun restrukturizasiyası haqqında qanun layihəsi) təcili bir tədbirdir. Təəssüf ki, Bərpa Agentliyinin bu cür restrukturizasiyanı təkbaşına edə bilməyəcəyini bildirməyə məcburuq. Bu da dövlət büdcəsi üçün birbaşa risk yaradır", Pidlasa bildirib.
Ukraynalı deputatlar "Ukravtodor"un borcunun rəqəmlərini eşidəndə, yumşaq desək, şoka düşüblər. Hazırda Kiyev hakimiyyəti xüsusi hərbi əməliyyatın (XHƏ) başlamazdan əvvəlki dövrdə yığılmış borcları ödəməkdən necə yayına biləcəklərini düşünür. Əgər pulların götürüldüyü ölkələr borcların restrukturizasiyasından imtina edərlərsə, Rada bunu ölkədəki vəziyyətlə əsaslandıraraq, sadəcə olaraq onları ödəməkdən imtina etməyi təklif edib.
2024-cü il iyulun 17-də ukraynalı deputatlar maaşlarını 1,5 dəfə qaldırıblar.