BAKI, 15 sentyabr - Sputnik. Türkiyədə makaron fabrikindəki partlayış zamanı 28 nəfər yaralanıb.
Bu barədə jurnalistlərə Sakarya valisi Yaşar Karadeniz məlumat verib.
O deyib ki, 28 yaralı var, onlardan altısının vəziyyəti ağırdır.
Bu arada, partlayışın baş verdiyi sahədə sıxışıb qalan fəhlə yanğınsöndürmə briqadalarının işi sayəsində kranın köməyi ilə olduğu yerdən xilas edilib. Tüstüdən təsirlənən işçiyə təcili tibbi yardım maşınında tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Alovu nəzarətə götürən yanğınsöndürmə briqadası soyutma işlərini davam etdirir.
***
Türkiyədə Sakarya bölgəsindəki makaron fabrikində naməlum səbəbdən partlayış baş verib.
Partlayışdan sonra yanğın başlayıb. Yanğınla bağlı hadisə yerinə şəhər mərkəzi, rayon və ətraf rayonlardan təcili yardım əməkdaşları və xilasedicilər, polis qrupları göndərilib.
İlkin məlumata görə, partlayış nəticəsində 21 nəfər yaralanıb. Yaralılar tibb işçiləri tərəfindən ətraf xəstəxanalara aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.