SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağda baş verənlərin günahkarı yalnız Ermənistandır - Lukaşenko

Lukaşenkonun sözlərinə görə, “bu ərazilərdə heç kim yaşamırdı”.
Sputnik
BAKI, 15 sentyabr - Spunik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qarabağda baş verən hadisələdə yalnız Ermənistan rəhbərliyi günahkardır.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
O, digər ölkələrin başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda İrəvan hakimiyyətinə ərazilərin Azərbaycana verilməsini şəxsən özü təklif etdiyini vurğulayıb. Lukaşenkonun sözlərinə görə, “bu ərazilərdə heç kim yaşamırdı”.
Belarus lideri onu da əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin onlar Qarabağdan əl çəkməmək qərarına gəliblər.
Bundan əvvəl Aleksandr Lukaşenko bildirib ki, silahlı münaqişədə Ukraynanı dünyanın 50 ölkəsi dəstəkləyir, Rusiyaya isə yalnız Belarus kömək edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.