CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda güclü külək, dağlıq ərazilərdə qar gözlənilir - Proqnoz

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Sputnik
BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
***
Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət 35-40 % olacaq.
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gündüz yağıntılar tədricən kəsiləcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 25-30°, dağlarda 11-16° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.