BAKI, 15 sentyabr - Sputnik. ABŞ-ın rusiyalı jurnalistlərə qarşı sanksiyaları “informasiya terroru”dur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yeddinci BRİKS Media Sammitinin açılışında deyib.
Diplomatın sözlərinə görə, məhdudiyyətlər Rusiyadan olan jurnalistlərin fiziki təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər.
“Dünən rusiyalı jurnalistlər Amerika Birləşmiş Ştatlarının təcavüzünə məruz qalıblar. Onlar həm korporasiya kimi, həm də şəxsi keyfiyyətlərində əsl informasiya terror hücumuna məruz qalıblar” - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hesab edir ki, ABŞ-ın sanksiyaları “söz azadlığına, jurnalist peşəsinə və insan ləyaqətinə hücumdur”.
Bundan əvvəl “Rossiya Seqodnya” media qrupu və onun baş direktoru Dmitri Kiselyovun ABŞ-ın sanksiyalar siyahısına daxil edildiyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.