BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 14-də kimlər anadan olub?
Pietro Cermi (1914-1974) - italyan kinorejissoru, aktyoru və prodüserdir. O, "Qanun naminə", "Ümid naminə", "İtalyan sayağı boşanma" və s. filmləri çəkib.
Sem Nill (1947) - Yeni Zelandiyalı kinoaktyordur. O, "Hadisə üfüqü", "Yura dövrü parkı", "Yura dövrü parkı 3", "Üfüqdə" və s. filmlərdə rol alıb.
Sem Nill
© AP Photo / Carlo Allegri
Dmitri Medvedev (1965) - Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini və "Vahid Rusiya" partiyasının sədridir.
Emi Uaynhaus (1983-2011) - ingilis müğənnisi və bəstəkarıdır. O, güclü kontralto səsi və əsasən "R&B", soul və caz da daxil olmaqla musiqi janrlarının qarışığının ekssentrik ifaları ilə məşhurdur.
Emi Uaynhaus
© AP Photo / Brian Kersey
14 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1939-cu ildə ABŞ-da İqor Sikorskinin yaratdığı ilk "Vought-Sikorsky 300" eksperimental helikopter havaya qalxıb.
1954-cü ildə Orenburq vilayətindəki Totskiy poliqonunda 45 min hərbçinin iştirakı ilə keçirilən hərbi təlimlər zamanı 40 kilotonluq atom bombası sınaqdan keçirilib.
1960-cı ildə 5 ölkə - İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela Bağdadda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yaradılması haqqında saziş imzayıblar.
1998-ci ildə 26 illik fasilədən sonra Bakıda Azərbaycan Qadınlarının Qurultayı keçirilib. Bu, müstəqilliyin bərpasından sonra ilk belə qadın forumu olub.
2000-ci ildən Ümumdünya İlk Tibbi Yardım Günü qeyd edilir.
2003-cü ildə referendumdan sonra Estoniya Avropa İttifaqına üzv olub.
2010-cu ildə Fransa Senatı qadınların ictimai yerlərdə çadra və niqab geyinmələrini qadağan edən qanun layihəsini təsdiqləyib.