BAKI, 14 sentyabr — Sputnik. Anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina Ankaraya Ukrayna üzrə mümkün danışıqlarda vasitəçi kimi əlavə xal qazandıra bilər. Bunu Türkiyəli xarici siyasət eksperti Gökhun Göçmen deyib.
Avqustda ABŞ Türkiyəni bir sıra ABŞ mallarının Rusiyaya ixracını məhdudlaşdırmasa, nəticələri ilə hədələyib. ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod Financial Times-a bildirib ki, Türkiyə ABŞ texnologiyalarının Rusiyaya axınını dayandırmalıdır. Bu arada Türkiyə paytaxtındakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarından yan keçmə prosesində iştirak etmir.
"Türkiyənin böhran başlayandan bəri yaxşı niyyətli addımları, Qərb düşərgəsində Rusiyaya qarşı sanksiya siyasəti yürütməyən yeganə ölkə olması və Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin şəxsi münasibətləri bu baxımdan Ankara üçün bir üstünlük olacaq", - Göçmen bildirib.
Onun sözlərinə görə, Türkiyə uzun müddətdir ki, Ukrayna böhranının həllində vasitəçi olmaq istəyir.
"Bizim sülhə ən çox yaxınlaşdığımız 2022-ci ildə İstanbulda danışıqlar zamanı oldu. İstanbul danışıqları ABŞ prezidenti Co Baydenin göstərişi ilə pozulub və bunu ABŞ prezidentlik yarışından geri çəkilmiş namizəd Robert Kennedi açıqlayıb. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bəzi ölkələr Qərb düşərgəsində sülh istəmir", - analitik bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində törətdiyi terror aktından sonra Rusiya prezidenti Vladimir Putin dinc əhaliyə, mülki infrastruktura hücum edən, nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışanlarla danışıqların aparılmasını qeyri-mümkün adlandırıb. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov daha sonra bəyan edib ki, Moskvanın Ukrayna nizamlanmasına dair Rusiya dövlət başçısı tərəfindən əvvəllər səsləndirdiyi sülh təklifləri ləğv edilməyib, lakin indiki mərhələdə Rusiya Ukrayna ilə danışmayacaq.
Daha əvvəl Putin demişdi ki, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya onlardan imtina etməyib, lakin bu cür danışıqlar İstanbulda qeydə alınan razılaşmalar əsasında aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.