PAYTAXT XƏBƏRLƏRİ

Şagirdləri məktəbə aparan sürücülər, dayanma-durma qaydalarını pozmayın! Müraciət

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
İdarənin mətbuat xidmətindən bildirilib ki, yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.

"Bunları nəzərə alaraq, bütün sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlamaları, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmamaları xahiş olunur", - müraciətdə deyilir.

Qeyd olunur ki, eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.