“Ölkəmiz reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayaraq, yeni metodologiyaya əsasən 2-ci dərəcəli “təkmil səviyyəsində” qərarlaşıb. Azərbaycan bu səviyyədə 29 ölkə arasında 4-cü yerdə, MDB ölkələri arasında isə 2-ci yerdə mövqe tutub”, - deyə ETX-dən bildirilib.
“Ölkəmizin müxtəlif beynəlxalq reytinqlərdə yüksəlməsi ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyasın”dan irəli gələn tədbirlərin ölkə səviyyəsində icra olunmasının nəticəsidir. BTİ-nin 2024-cü il hesabatında Azərbaycanın öz mövqeyini gücləndirməsi ölkənin dünya miqyasında reputasiyasının güclənməsinə, etibarlılığının artmasına və daha çox xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq”.