AZƏRBAYCAN XƏBƏRLƏRİ

Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub

Mərhum Prezident təqaüdçüsü dövlət başçısının sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunmuşdu.
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.Qocaman veteran II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.
Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təmsilçiləri iştirak ediblər.
Fatma Səttarova
Qeyd edək ki, F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.
F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib. 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.
O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.
14.09.24, 13:30
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən müharibəsinin iştirakçısı Fatma Səttarova vəfat edib.
Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. O, Prezident təqaüdçüsü idi.
Fatma Səttarova 102 yaşını bu il yanvarın 27-də qeyd etmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
İlham Əliyev, arxiv
Dövlət başçısı qeyd edib ki, mərhum Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib.

"Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.

Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Fatma Səttarova - 102 yaşlı veteran - FOTO