DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Komissiyası Çinə güzəştə getməlidir - İspaniyanın baş naziri

Sançes vurğulayıb ki, Aİ-nin Çinlə ticarət müharibəsinə ehtiyacı yoxdur və buna görə də Avropa Komissiyası Çinlə güzəştə getməlidir.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. İspaniyanın baş naziri Pedro Sançes Aİ-nin Çindən elektromobillərə yüksək idxal rüsumları tətbiq etmək planlarını yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə yerli KİV məlumat yayıb.

"Mən sizə birbaşa və səmimi deməliyəm ki, biz hamımız, təkcə üzv dövlətlər deyil, həm də Avropa Komissiyası bu məsələ ilə bağlı mövqeyimizi yenidən nəzərdən keçirməliyik", - o Şanxayda keçirilən mətbuat konfransında deyib.

İspaniyanın baş naziri Pedro Sançes
Sançes vurğulayıb ki, Aİ-nin Çinlə ticarət müharibəsinə ehtiyacı yoxdur və buna görə də Avropa Komissiyası Çinlə güzəştə getməlidir.
Avqustun sonunda Avropa Komissiyası maraqlı tərəflərə Çindən elektromobillərə idxal rüsumlarının tətbiqi ilə bağlı yekun qərar layihəsini göndərdiyini, istehsalçıdan asılı olaraq 17%-dən 36,3%-ə qədər rüsum ttəbiq ediləcəyini açıqlayıb.
Tesla avtomobillərinin rüsumları 9% olacaq. Rüsumlar nəhayət noyabr ayından gec olmayaraq təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Qısamüddətli trend: qlobal istehsalçılar elektromobil istehsalını azaldıblar