RUSİYA

ABŞ-ın Rusiya mediasına qarşı ittihamları informasiya müharibəsinin elanıdır - Zaxarova

ABŞ rəsmiləri RT-ni digər ölkələrin işlərinə qarışmaq və “hərbi satınalmalarda” iddia edilən “gizli əməliyyatlarda” iştirak etməkdə ittiham edir.
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Rusiyanın RT telekanalına qarşı yeni ittihamlarını informasiya müharibəsi elanı adlandırıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Cümə günü ABŞ dövlət katibi Antoni Blinken RT-ni digər ölkələrin işlərinə qarışmaq və “hərbi satınalmalarda” iddia edilən “gizli əməliyyatlarda” iştirak etməkdə ittiham edib.
Blinken əlavə edib ki, ABŞ RT-yə qarşı ittihamlarla əlaqədar üç struktura və iki nəfərə qarşı sanksiyalar tətbiq edir. ABŞ Dövlət Departamentinin Qlobal Münaqişə Mərkəzinin koordinatoru Ceyms Rubin də RT-yə qarşı yeni sanksiyalar tətbiq etmək planlarını açıqlayıb və onları “mümkün olan ən sərt” tədbir adlandırıb.

“Söhbət sanksiyalardan, məhdudlaşdırıcı tədbirlərdən getmir. Bu, informasiya müharibəsi elanıdır. Birbaşa, heç bir alternativi olmadan... Bu informasiya müharibəsi elanı bəşər tarixində dəfələrlə, eyni zamanda XX əsrin 30-cu illərində dəfələrlə müşahidə etdiyimiz kimi, tamamilə aydın rusofob millətçi ideologiyaya əsaslanır”, - Zaxarova Rusiyannın telekanalına bildirib.

Diplomat ABŞ-ın öz hərəkətləri ilə rusiyalı jurnalistləri özünün hədəfi elan etdiyini dilə girib.
Zaxarova həmçinin ABŞ qanun adı altında təzyiq göstərəcəyini və “bağlamaq, təqib etmək və cəzalandırmaq” üçün hər fürsətdən istifadə edəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.