RUSİYA

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə görüş keçirib

Rusiya lideri XİN xətti ilə bağlı bir sıra məsələləri müzakirə edib.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə zamanı Prezident Vladimir Putin Xarici İşlər Nazirliyi ilə bağlı bir neçə məsələni açıqlayıb. O, xarici işlər naziri Sergey Lavrovu məruzə ilə çıxış etməyi təklif edib.
Bu barədə dövlət başçısı iclas iştirakçıları qarşısında çıxış edib.
Rusiya prezidenti vurğulayıb ki, müşavirənin gündəliyində nazirliyin işi ilə bağlı mövzuların müzakirəsi nəzərdə tutulub. Bundan əlavə, Putin Lavrovdan xarici həmkarları ilə son əlaqələri barədə məlumat paylaşmasını istəyib.
"Bu gün gündəmdə Xarici İşlər Nazirliyinin xətti ilə bağlı bir neçə məsələ var. Müvafiq olaraq, məruzəçi Sergey Viktoroviç Lavrovdur", - dövlət başçısı müşavirə iştirakçılarına müraciət edib.
Bu yaxınlarda Putinin nazirlər kabinetinin üzvləri ilə görüşdə regionların inkişafını müzakirə edəcəyi bildirilib. Qeyd edilib ki, bu mövzuda İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov və "Vahid Rusiya" Partiyasının Baş Şurasının katibi vəzifəsini icra edən, Ural Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Vladimir Yakuşev məruzə edəcəklər.