BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 13-də kimlər anadan olub?
Arif Məlikov (1933-2019) - Sovet və Azərbaycan bəstəkarı, SSRİ xalq artistidir. Dünyanın bir çox teatrlarının səhnəyə qoyduğu "Məhəbbət əfsanəsi" baleti sayəsində bəstəkar dünya şöhrəti qazanıb.
Arif Məlikov
© AR Ministry of Culture
Klodet Kolber (1903-1996) - fransız əsilli ABŞ teatr və kino aktrisasıdır. O, "Gizli qəzəb", "Bunu qanuni şəkildə edək", "Talelər", "Versalın sirləri" və s. filmlərdə rol alıb.
Klodet Kolber
© AP Photo
Zoya Kosmodemyanskaya (1923-1941) - Sovet kəşfiyyatçısı və partizandır. O, 1941-ci ilin noyabrında Moskva yaxınlığındakı Petrişevo kəndində almanlar tərəfindən edam edilib. Zoya Böyük Vətən Müharibəsi illərində ilk qadın Sovet İttifaqı Qəhrəmanıdır.
Zoya Kosmodemyanskaya
© Sputnik
Aleksandr Rozenbaum (1951) - Sovet və Rusiya müğənnisi, şair, musiqiçi, bəstəkar, kinoaktyor və RF xalq artistidir.
Aleksandr Rozenbaum
© Sputnik / Nina Zotina
13 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1736-cı ildə Rusiyanın Çelyabinsk şəhərinin əsası qoyulub.
1902-ci ildə Böyük Britaniyada ilk dəfə olaraq cinayət yerindən barmaq izlərindən təqsirləndirilən şəxsin günahının sübutu kimi istifadə edilib.
1929-cu ildə ingilis bakterioloqu Aleksandr Fleminq ilk dəfə öz kəşfini - penisilini təqdim edib.
2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 62-ci sessiyasında yerli xalqların hüquqları haqqında Bəyannamə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.