BAKI, 13 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə ikitərəfli münasibətləri müzakirə edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.
"Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıqla bağlı mövzulara da toxunublar.