BAKI, 13 sentyabr — Sputnik. Gürcüstanda parlament seçkiləri kənardan görünməmiş müdaxilə fonunda keçiriləcək, lakin Rusiya belə resurslara malik deyil. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Rusiya Federasiyasının Gürcüstandakı seçki prosesinə ciddi təzyiq göstərmək üçün resursları yoxdur. Ümumiyyətlə, bu seçkilərin görünməmiş kənar müdaxilə fonunda keçirilməsi çox təəssüf doğurur. Bu seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır. Siz hədə-qorxu, şantaj barədə eşitmisiniz. Biz Gürcüstanda ikinci cəbhə açmamışıq", - baş nazir bildirib.
Resurslar dedikdə nə nəzərdə tutulur sualına Kobaxidze cavab verib ki, bunlar media, onların öz partiyaları və s. istiqamətində olan resurslardır.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.