BAKI, 12 sentyabr — Sputnik. Qətərlə sazişin icrası nəticəsində Qazaxıstan 20 milyard dollara yaxın investisiya cəlb etməyi planlaşdırır. Bunu Qazaxıstanın İqtisadiyyat nazirinin müavini Nurlan Baybazarov bildirib.
Qeyd edilir ki, saziş ölkədə doqquz birgə investisiya layihəsinin, o cümlədən telekommunikasiya, enerji, qaz hasilatı və nəqliyyat və maliyyə sənayesi, o cümlədən Bereke Bankın səhmlərinin Qatar Lesha Bank tərəfindən 100 faizinin alınması layihəsinin həyata keçirilməsini nəzərdə tutur.
"Bu layihə bank sektorunda rəqabətin gücləndirilməsi məqsədilə dövlət başçısının üç etibarlı xarici bankın ölkəyə cəlb edilməsi haqqında sərəncamının icrasını təmin edəcək", - Baybazarov qeyd edib.
Bildirilib ki, "Kazaktelekom" SC-yə məxsus "Mobil Telekom-Servis"in Qətərin "Power International Holding" şirkətinə satılması telekommunikasiya sənayesinin liberallaşmasına və rəqabətin artmasına töhfə verəcək.
Qazaxıstan İqtisadiyyat Nazirliyi onu da bildirir ki, gücü ildə 1 milyard, 2,5 milyard və 6 milyard kubmetr olan qaz emalı zavodlarının tikintisi Kaşaqan yatağının resurs bazasından səmərəli istifadəyə və kommersiya məhsullarının istehsalının artırılmasına yönəlib. Digər layihələrə iki qaz kəmərinin və İrtış çayında 350 MVt-a qədər olan su elektrik stansiyasının tikintisi daxildir. İqtisadiyyat Nazirliyi vurğulayır ki, sazişlə Qazaxıstan tərəfi Qətər sərmayələri üçün daimi vergi rejimini, habelə onların respublika ərazisində mühafizəsini təmin edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.