BAKI, 12 sentyabr — Sputnik. Dənizkənarı Milli Parkına giriş-çıxış bağlanması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtımızda keçirilən "Formula-1" yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb. Yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və "Formula 1"in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.
Milli Parkın "Ağ şəhər bulvarı", "Azneft meydanı"ndan "Bayıl bulvarı"na qədər olan hissəsi, həmçinin "Bayıl bulvarı"na giriş-çıxış isə sərbəstdir.Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.