DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan açıqladı: Ermənistanda çoxlu sayda silah-sursat yoxa çıxıb

Paşinyan ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən sonra çoxlu sayda silah-sursatın itdiyini bildirib. Bu bəyanat Ermənistan hökumətinin sentyabrın 12-də keçirilən iclasında səsləndirilib.
"44 günlük müharibədən sonra çoxlu sayda silahlarımız yoxa çıxıb və biz bu mövzunu bir neçə dəfə Təhlükəsizlik Şurasında da müzakirə etmişik", Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, o, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarışı metodologiyasına yenidən baxılması barədə göstəriş verib.
"İstifadə etdiyimiz üsullar yeni çağırışlara cavab vermir. Yeni metodlardan istifadə etməklə, biz bu üsulla qeyri-qanuni silah və sursatları aşkar edə bilərik", Ermənistanın dövlət başçısı deyib.
Paşinyan ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib. O, tolerant cəmiyyət yaratmaq nöqteyi-nəzərindən silah əldə etməyin nə dərəcədə məqbul olduğunu və bu məsələdə hansı istiqamətdə hərəkət etməyi anlamağın lazım olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.