DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan miqrantlarla bağlı Avropa Komissiyasını məhkəməyə vermək niyyətindədir

Miqrantlardan müdafiə xərclərinin ödənilmədiyi təqdirdə Macarıstan Avropa Komissiyasını məhkəməyə verəcək.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) sərhədlərinin qanunsuz miqrantlardan qorunması xərclərini Budapeştə ödəməkdən imtina edərsə, Macarıstan ona qarşı iddia qaldırmağa hazırdır.
Bunu Macarıstan Baş Naziri Aparatının rəhbəri Qergey Quyaş brifinqində deyib.
"Biz danışıqlar zamanı Avropa Komissiyasıdan sərhədin mühafizəsi üçün çəkilən xərclərin ödənilməsini tələb edəcəyik. Ədliyyə Nazirliyi (Macarıstan - red.) də hazırlıq işləri aparır, biz bu pulu Avropa Komissiyasıdan qanuni yolla almaq istəyirik. Biz hətta AK-yə qarşı məhkəmə iddiası qaldırmağa da hazırıq", Quyaş bildirib.
Diplomatın sözlərinə görə, Macarıstan hökumətinin iclasında qeyri-qanuni miqrasiya məsələləri ilə bağlı Avropa İttifaqı ilə danışıqlar aparmaq üçün bu ittifaq məsələləri üzrə nazir Yanoş Bokaya səlahiyyət verilməsi qərara alınıb.
Quyaş vurğulayıb ki, Macarıstan hələ də qeyri-qanuni miqrantların Aİ-nin xarici sərhədi olan cənub sərhədini keçməsinə icazə vermir, icma qaydalarına uyğun olaraq sığınacaq alanlara isə "Brüsselə pulsuz birtərəfli bilet" verməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.