BAKI, 12 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan payızda Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.
Hökumət dairələrinə yaxın jurnalist İsmayıl Kılıçarslan deyib ki, bu payız kabinetdə daha çox planlı kadr dəyişikliyi gözləyir.
Türkiyədə Nazirlər Kabinetində və hakim partiyada gözlənilən dəyişikliklərlə bağlı xəbərlər AK Partiyanın mart ayında keçirilən yerli seçkilərdə məğlub olmasından sonra ortaya çıxmağa başlayıb. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını qoruyublar. Ekspertlər iqtidar komandasının uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi durumu göstəriblər, Müxalifət uğur fonunda növbədənkənar prezident seçkiləri tələb edir;
Ərdoğan bəyan edib ki, hökumət keçmiş seçkilərin nəticələrindən dərs çıxaracaq, xalqın ismarıcı düzgün oxunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.