DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanlı prezident İrana düşdü: Hicab azadlığı gəlir

İranın Baş Prokuroru küçədə hicabsız gəzənlərə qarşı fiziki gücün tətbiqini pislədi.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. İranda küçədə hicabsız gəzənlərə, yaxud hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur.
Bunu İranın Baş prokuroru höccətülislam Məhəmməd Məhdi Azad Xuzistan əyalətinin Əhvaz şəhərindəki tədbirin açılışındakı çıxışında bildirib.
Onun sözlərinə görə, hicabın olmaması və ya düzgün bağlanmaması ilə bağlı bir çox tədbirlər görülüb və görüləcək:

“Biz dəfələrlə demişik ki, hüquqi addımların müzakirəsi bu məsələdə xəttin sonudur. Hicabsızlığa qarşı ilk növbədə tədbir görülməlidir. Heç kimin küçədə kiməsə fiziki hücum etmək hüququ yoxdur”.

Baş prokuror küçələrdə din xadimləri və mollara hücumu da pısləyib.
Qeyd edək ki, 5 iyul 2024-cü il tarixində keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan əsilli Məsud Pezeşkian İranın prezidenti seçilib. O, ölkə siyasətinin islahatçı qanadını təmsil edir və hicabla bağlı məsələlərə loyal yanaşır. Artıq İranda qadınların hicab azadlığı ilə bağlı mübarizəsi öz nəticəsini gösrətməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.