DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da miqrasiya böhranı hökumət dəyişikliyi olmadan daha da pisləşəcək - Mask

Milyarder deyib ki, miqrasiya böhranına görə məsuliyyət daşıyan Amerika rəsmiləri öz vəzifələrini tərk etməlidirlər.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Son illərdə ABŞ-da miqrantlarla bağlı gərginləşən vəziyyət ölkədə hökumət dəyişmədiyi təqdirdə daha da pisləşə bilər.
Bunu milyarder İlon Mask "X" sosial şəbəkəsində qeyd edib.
"Miqrantlarla bağlı vəziyyət buna cavabdeh olan siyasətçilər vəzifədən uzaqlaşdırılmayana qədər daha da pisləşəcək", İlon Mask yazıb.
Bu açıqlama ilə o, Denverdə COVID-19-a qarşı mübarizə üçün ayrılan pulu miqrantların məskunlaşmasına xərcləndiyi barədə məlumatı şərh edib. O, vurğulayıb ki, bu, şəhərdə çoxlu sayda cinayətkar qruplaşmalarının yaranmasına səbəb olub. Baş verənlərdən narazı olan yerli sakinlər quldurlardan özlərini qorunmaq üçün məhkəməyə müraciət etmək istəyirlər.
Eyni zamanda Donald Tramp Kamala Harrislə debat zamanı deyib ki, Ohayoda Haitidən olan qeyri-qanuni miqrantlar ev heyvanlarını və ev quşlarını oğurlayıb yeyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.