RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Kiyev zəiflədikcə, bir o qədər də terror aktları törətmək istəyir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, kütləvi pul və silah dəstəyinə baxmayaraq, Kiyev rejiminin döyüş meydanındakı mövqeyi zəifləyir.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə qarşıdurmada mövqeyi zəiflədikcə Kiyev rejimində terror fəaliyyətinə həvəs artır. Bunu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu ilə bağlı şərhində bildirib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov daha əvvəl bildirmişdi ki, hava hücumundan müdafiə qüvvələri bir gecədə Moskva vilayətində Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz uçan aparatı vurub.
Ramenskoyedə PUA-nın hücumu nəticəsində iki yaşayış binasına ziyan dəyib. Sportivnıy Proezddəki hündürmərtəbəli binada 11 və 12-ci mərtəbələrdəki mənzillər və Vısokovoltnaya küçəsindəki binada 9-cu mərtəbədəki mənzil yanıb. Ramenskoyedə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində 46 yaşlı qadın həlak olub, daha 3 nəfər yaralanıb.

"Kütləvi pul və silah dəstəyinə baxmayaraq, Kiyev rejiminin döyüş meydanındakı mövqeyi zəifləyir. Onların hesab edir ki qisas almaq, əslində isə cinayətkar terror fəaliyyətinə can atmaq daha yaxşıdır", - Zaxarova deyib.

Diplomat həmçinin Ramenskoyedə Kiyev rejiminin hücumuna məruz qalan insanları dəstəklədiyini bildirib və əlavə edib ki, Xarici İşlər Nazirliyi baş verənlərə rəsmi münasibət bildirəcək və beynəlxalq təşkilatlarda da iş aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.